Makron Paşinyanı qəbul edib
Fransa prezidenti Emmanuel Makron Parisdə işgüzar səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb. Görüşdə ikitərəfli əlaqələr və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub.
Makron qeyd edib ki, 2 ölkə arasında danışıqlar bərpa olunmalıdır:
“Güc tətbiqi nə Ermənistan, nə də Azərbaycan üçün həll yolu deyil və dialoq dərhal bərpa edilməlidir. Biz də bilirik ki, müzakirəsini gözləyən məsələlər çoxdur. Lakin onlar istisnasız olaraq danışıqlar yolu ilə həll edilməlidir”.




