Sosial

Sabahın hava proqnozu açıqlanıb

9 iyun / 12:53 1 dəq
488a14a4 87f0 4921 99ba b0c4f9169972
9 iyun / 12:53
Burada sizin reklamınız ola bilər

İyunun 10-da respublika ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, Azərbaycan rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23° isti təşkil edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər