Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Rusiyada qaçaqaç, İranda ixtişaş

23 sentyabr / 14:12 3 dəq
4344190eeb3e2bb1623314664
23 sentyabr / 14:12
Burada sizin reklamınız ola bilər

“Artıq Rusiya cəmiyyəti müharibənin və səfərbərliyin ağırlığını öz üzərində daha ciddi hiss etməyə başladı və bu proseslərdən yayınmağa çalışırlar”.

Bu sözləri “Qərb Xəbər“ə açıqlamasında politoloq Oktay Qasımlı deyib.

oqtay-qasimov-5

Politoloq bildirib ki, Rusiya əhalisinin hazırkı vəziyyətinin səbəbi Rusiyanın Ukraynaya qarşı apardığı təcavüz siyasətidir.

“Rusiya cəmiyyətinin artıq hər bir fərdinə toxunacaq bir hadisə baş verdi. Rusiyada qismən səfərbərlik elan olundu. Bu da üç yüz min insanı əhatə edən bir qərar idi. Səfərbərlik qərarı bir çox təbəqələrin etirazına səbəb oldu. Artıq cəmiyyət üzvləri bu prosesin ağırlığını öz üzərində hiss etməyə başladı və bu proseslərdən yayınmağa çalışırlar. Əlbətdə, bu da Rusiyada kifayət qədər ciddi psixoloji sarsıntılara səbəb olacaq. Bütün bu baş verən hadisələr rus cəmiyyətinin və dövlətinin proseslərə nə qədər hazır olub-olmadığını ortaya çıxarır”.

İranda başlayan etiraz dalğasının Azərbaycana necə təsir edəcəyindən danışan Oktay Qasımlı qeyd edib ki, qonşu ölkələrdəki bu qeyri-sabitlik uzun müddət davam edərsə, Azərbaycana köç dalğasının başlaması da istisna hal deyil.

“İranda baş verənlər gözlənilən idi. Ümumiyyətlə, İranda anti-insani bir rejm hökm sürür. Nə zamansa belə bir sosial partlayış baş verəcəkdi. Qadınların, qızların geyiminə kobud şəkildə müdaxilə edilməsi, onlara işgəncə verilməsi, xüsusilə də müxalif insanlara qarşı aparılan repressiv siyasət məsələni buraya gətirib çıxarmalı idi.
Bu hadisələrin təbii ki, bizə də təsiri var. Ən azından İran əhalisinin yarısından çoxu bizim soydaşlarımızdır. Orada baş verən hadisələr onların da həyatına təsir edəcək. Qonşu ölkələrdəki bu qeyri-sabitlik uzun müddət davam edərsə, Azərbaycana köç dalğasının başlaması da istisna hal deyil”.

“Əlbətdə, hər iki qonşu ölkədə stabilliyin tərəfindəyik. Biz heç bir yerdə qeyri-stabillik tərəftarı deyilik” – deyə politoloq vurğulayıb.

Rahib İsgəndərli

Qərb Xəbər

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı