Bölgə xəbərləri

Nyu-Yorkda üçtərəfli görüş olacaq

19 sentyabr / 17:26 1 dəq
Indir (45)
19 sentyabr / 17:26
Burada sizin reklamınız ola bilər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş olacaq.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş rəsmi Vaşinqtonun təşəbbüsü ilə bu gün, sentyabrın 19-da ABŞ-ın Nyu-York şəhərində keçiriləcək.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.

Paylaş
Burada sizin reklamınız ola bilər