Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

“Pelosinin Ermənistana səfərinin əsl məqsədi İrandır” – Erməni analitik

19 sentyabr / 10:29 3 dəq
1663568433 US Speaker of the House, Nancy Pelosi, Democrat of California, speaks during her weekly press briefing on Capitol Hill in Washington, DC, on March 3, 2022. (Photo by Pedro UGARTE / AFP)
19 sentyabr / 10:29
Burada sizin reklamınız ola bilər
Nensi Pelosinin Ermənistana səfərinin əsl məqsədi İranı tam blokadaya almaq və erməniləri İran əleyhinə qaldırmaqdır.

“Qərb Xəbər” məlumat  verir ki, bu barədə erməni analitik Arqişti Kiviryan öz Facebook səhifəsində yazıb.
“Nensi Pelosi Qafesçyan İncəsənət Mərkəzinə getdi, Avarayr döyüşünü əks etdirən rəsmin qarşısında dayandı və ermənilərin farslara qarşı müharibəsindən danışmağa başladı. Birbaşa mətnlə beyinsizlərə sadəcə demək istəyirəm ki, o, əslində Ermənistana niyə gəlib və səfərinin məqsədləri nədir? Hədəf İran, İranın tam blokadaya alınması və ermənilərin anti-İran cəbhəsinə cəlb olunmasıdır”, – deyə o bildirib.

Analitik daha sonra bunları qeyd edib:

“İran öz ordusunu Ermənistan sərhədinə gətirdi, amma bu siyasi axmaqlar Nensi Pelosinin ayaqlarından asılı qaldılar və ona “Ay, bizim misilsiz xilaskarımız!” dedilər. Qulaq asın, başı xarablar. Bu regionda yalnız gücə və güc təhdidinə hörmətlə yanaşılır. Azərbaycanın dövlətçiliyinə və ərazi bütövlüyünə tarixən və faktiki təhlükə yaradan cəmi iki dövlət var: onlardan biri Rusiya, ikincisi isə İrandır.

Odur ki, rəsmi Bakı Moskva və Tehranın fikri ilə razılaşır. Başqa heç bir dövlətə əhəmiyyət vermir, hətta enerji baxımından ondan asılı olanlara da.
Məhz bu baxımdan Bakı yaxşı bilir ki, Qərb ona qarşı heç vaxt ciddi addımlar atmayacaq. İndi isə Rusiya-Ukrayna müharibəsi nəticəsində Qərbin alternativ enerji mənbələrinə ciddi ehtiyacı olduğu bir vaxtda ABŞ Bakını ciddi şəkildə təhdid etməyə qadirdirmi?

Bunu nəyə görə edəcəklər? Ermənilər naminə öz maraqlarına zidd gedəcəklər? Sonra İranın niyə daha aktiv olmadığına təəccüb edirsiniz. İndi ermənilər onun ən qatı düşməni olan ABŞ-a ümid bağlayıbsa, o, necə fəal ola bilər? Qlobal nöqteyi-nəzərdən Tehranın Ermənistanda hətta kəskin addımlar atacağı təqdirdə əməkdaşlıq edə biləcəyi tərəfdaşı belə yoxdur…”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı