Şəmkirdə mağazadan 30 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Şəmkirdə mağazadan oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Qərb Xəbər”-ə verilən xəbərə görə, Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisindəki mağazaların birindən 30.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması məlumatı daxil olub.
Keçirilən əməliyyatla oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı