Azərbaycan Ordusu strateji nöqtələri nəzarətə götürüb
Azərbaycan Ordusu ölkənin sərhədlərində və hərbi hissələrin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürüb.
“Qərb Xəbər” “APA”ya istinadən xəbər verir ki, Azərbaycan Ordusunun Ermənistan ərazisinə müdaxilə etmək, burada nə isə ildə etmək məqsədi olmayıb, onun qarşısında belə bir vəzifə də qoyulmayıb.
Ona görə də keçirilən əməliyyat miqyasına görə kiçik olub, lokal xarakter daşıyıb və hədəflərə nail olunub. Azərbaycan Ordusu ərazidə bütün əsas nəqliyyat-kommunikasiya nöqtələrinə nəzarət edir.




