Bölgə xəbərləri

Tovuzda 30 yaşlı qadın və 17 yaşlı qız itkin düşüb

1 sentyabr / 15:53 1 dəq
1572033678.itkin
1 sentyabr / 15:53
Burada sizin reklamınız ola bilər

Tovuzda 30 yaşlı qadın və 17 yaşlı qız itkin düşüb.

“Qərb Xəbər” bildirir ki. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, 1992-ci il təvəllüdlü Məhəbbət Əsgərova iyul ayının 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bundan başqa Tovuz rayon Polis Şöbəsinə daha bir şəxsin itkin düşməsi barədə məlumat daxil olub. Belə ki, rayon sakini, 2005-ci il təvəllüdlü Hava Məmmədova avqust ayının 17-də yaşadığı evədn çıxaraq bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

d2930dbb-cf2d-3ce1-851c-d0423d5d4e8a_850 e842d1ef-6f2f-3e9b-b096-0a47c16b2a03

Paylaş
Burada sizin reklamınız ola bilər