Bölgə xəbərləri

Gədəbəydə narkotik yetişdirən şəxs saxlanılıb

30 avqust / 12:09 2 dəq
0dedfde5 cc8c 4402 a4c5 841db39d7029
30 avqust / 12:09
Burada sizin reklamınız ola bilər

 

Gədəbəy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri

əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Məsələ ilə bağlı “Qərb Xəbər”ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

 

Məlumatda deyilir ki, Gədəbəy rayonun Söyüdlü kənd sakini Arzu Süleymanovun özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Əraziyə baxış zamanı oradan ümumi çəkisi 8 kq-a yaxın olan narkotik çətənə aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını cari ilin may ayında əkdiyini etiraf edib. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ülviyyə Həsənli

Qərb Xəbər

dcae5bdb-d413-4906-9c25-019844596d1cdc11fad9-3b35-469b-8c1f-ec46b5c58b19e6b49c27-e17c-4716-a3ff-5fbd170a70eb

Paylaş
Burada sizin reklamınız ola bilər