Bölgə xəbərləri

Şəmkirdə yol qəzası

24 avqust / 09:36 1 dəq
62e17b0637b1362e17b0637b14165894426262e17b0637b1162e17b0637b12
24 avqust / 09:36
Burada sizin reklamınız ola bilər

Şəmkirdə yol-nəqliyyat hadisəsi olub.

“Qərb Xəbər”in məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Düyərli kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ-21021” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində rayon sakini, 1987-ci il təvəllüdlü Yasin Həsənov və 1992-ci il təvəllüdlü Babək Bayramlı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar, onların hər ikisinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər