Bölgə xəbərləri

Bakı-Ələt-Qazax-Gürcüstan magistral yolunda keçid inşa edilir

16 avqust / 13:13 1 dəq
62fb5de17413c62fb5de17413d166064073762fb5de17413a62fb5de17413b
16 avqust / 13:13
Burada sizin reklamınız ola bilər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun km 25,3-km-də yerüstü piyada keçidi inşasına start verilib.

AAYDA-dan verilən məlumata görə, iki giriş-çıxışdan ibarət piyada keçidi üstüaçıq metal konstruksiyalıdır, ümumi uzunluğu 51.6 metr, eni 3 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.

Məlumata görə, keçiddə özül svaylarının vurulması yekunlaşıb , hazırda dayaqların tikintisi aparılır.

Tikinti işlərinin cari il ərzində başa çatdırılması nəzərdə tutulur.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər