Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Tovuz rayonunda yerləşən aqroparka 22,7 milyon investisiya yatırılıb

1 avqust / 17:24 2 dəq
7264902
1 avqust / 17:24
Burada sizin reklamınız ola bilər

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə “Tovuz Aqro” MMC-nin Tovuz rayonunun Ceyrançöl ərazisində yerləşən aqroparkına mediatur təşkil edilib.

“Qərb Xəbər”in məlumatına görə İZİA-dan AZƏRTAC-a bildirilib ki, media nümayəndələrinə “Tovuz Aqro” MMC-nin fəaliyyəti, görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, aqropark 3 fəaliyyət istiqaməti – ətlik heyvandarlıq, əkinçilik və ət emalı sahələri üzrə ixtisaslaşıb. İndiyədək aqroparka 22,7 milyon manat investisiya yatırılıb. Ümumi ərazisi 550 hektar olan aqroparkda 75 nəfər daimi, 19 nəfər isə mövsümi işlə təmin edilib. 2021-ci ildə aqroparkda 800 ton arpa, 1000 ton buğda, 240 ton dən qarğıdalı, 973 ton ət, cari ilin 6 ayında isə 1200 ton buğda, 994 ton arpa, 465 ton yonca, 362 ton ət istehsal edilib. “Tovuz Aqro”da ümumi tutumu 3 min kubmetr həcmində müasir taxıl anbarı, istehsal gücü saatda 10 ton olan yem zavodu və ümumi tutumu 40 ton olan soyuducu kameralar fəaliyyət göstərir. Aqroparkın 1500 başlıq heyvandarlıq kompleksində 1200 baş cins iribuynuzlu heyvan saxlanılır. Aqroparka İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 7 milyon manat güzəştli kredit verilib. Bundan başqa, nazirlik tərəfindən verilmiş investisiya təşviqi sənədi sayəsində texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 0,29 milyon manata qənaət edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı