Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Gürcüstanın Milli Kommunikasiya Komissiyası arasında əldə olunan razılaşmaya əsasən, sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının tənzimlənməsi, radiotezlik resurslarından səmərəli istifadə və qarşılıqlı maneə təsirlərinin qarşısının alınması üçün hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə radiomonitorinqlər keçirilib.
“Qərb Xəbər” “APA”ya istinadən bildirir ki, radiomonitorinqlərin nəticələrinə əsasən, sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının beynəlxalq tələblərə və ikitərəfli protokollara uyğunluğu və radiotezlik kanallarının koordinasiyası üzrə Gəncə şəhərində mütəxəssislər arasında müzakirələr aparılıb.
Müzakirələrin nəticələrinə əsasən, sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının, o cümlədən bu sahədə yeni rəqəmsal texnologiyaların tətbiqi üçün radiotezliklərin tənzimlənməsi üzrə müvafiq tədbirlərin görülməsi qərara alınıb.