Ağstafada avtomobil qəzası olub
Ağstafa rayonunda avtomobil qəzası olub.
“Qərb Xəbər”in məlumatına görə, avtomobilin maneəyə çırpılması nəticəsində 1999-cu il təvəllüdlü E.Qurbanov, 2001-ci il təvəllüdlü C.Tağızadə və 2002-ci il təvəllüdlü M.Kərimov xəsarət alıblar.
Yaralılar xəstəxanaya aparılıb. Onlardan ikisi ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, E.Qurbanovun müalicəsi isə xəstəxana şəraitində davam etdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı