Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Tbilisidə Türk Evi Sərgisi açılıb

6 iyul / 14:37 3 dəq
3da9b023 6547 38de b8c4 4ec8c451adae
6 iyul / 14:37
Burada sizin reklamınız ola bilər

Tbilisi Dövlət İncəsənət Akademiyasında Türk Evi Sərgisi açılıb.

“Qərb Xəbər” “Report”a istinadən məlumat verir ki, tədbiri Tbilisidəki Yunus Əmrə İnstitutu Türkiyənin Gürcüstandakı səfirliyinin himayəsi altında təşkil edib.

Sərgidə Türkiyənin Qazi Universitetinin professoru, rəssam Abbas Ketizmenin sulu boya ilə çəkdiyi ənənəvi türk evlərinin rəsmləri təqdim olunub. Əsərlərdə Türkiyənin müxtəlif bölgələrinə aid evlərə xarakterik xüsusiyyətlər, elementlər və bəzəklər əks etdirilib. Ziyarətçilərə sandıq, qapını döymək üçün dəmir toxmaqcıqlar və digər məişət əşyaları da təqdim olunub.

Yunus Əmrə İnstitutunun koordinatoru Ali Oğuzhan Yüksel çıxışında bildirib ki, sərginin şüarı Türkiyənin məşhur memarı Turqut Cansevərin “İnsanın dünyadakı əsas vəzifəsi dünyanı gözəlləşdirməkdir” sözləridir.

O deyib ki, Türkiyə xaricində ilk Türk Evi Sərgisi Gürcüstanda təşkil edilib və məqsəd ənənəvi türk evlərinin özünəməxsusluqlarını tanıtmaqdır.

A.Yüksel qeyd edib ki, sərginin digər ölkələrdə də keçirilməsi planlaşdırılır: “Yunus Əmrə İnstitutunun Azərbaycan da daxil olmaqla 65 ölkədə mərkəzi var. Ümid edirəm ki, Bakıda da bu sərgini təşkil edə biləcəyik”.

Daha sonra professor Zehra Sema Demir evin türklərin həyatındakı rolu, yaşayış məkanlarının özəl cəhətləri barədə məruzə ilə çıxış edib.

Söz alan Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay türk memarlığının incilərinə həsr olunan sərginin təşkilinə göstərdiyi dəstəyə görə Tbilisi Dövlət İncəsənət Akademiyasına təşəkkür bildirib.

Bu il Türkiyə və Gürcüstan arasında diplomatik əlaqələrin bərpasının 30-cu ildönümünün qeyd edildiyini xatırladan səfir iki ölkə arasında münasibətlərin güclü təməllər üzərində qurulduğunu deyib.

Diplomatın sözlərinə görə, eyni coğrafiyaya aid Türkiyə və Gürcüstanın mədəniyyətlərində oxşarlıqlar çoxdur və həm türk, həm də gürcülər üçün ailə və ev həyatın mərkəzində dayanır.

Açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, diplomatik korpusun nümayəndələri, azərbaycanlı icmanın üzvləri, mədəniyyət xadimləri və gənclər iştirak ediblər.

Qeyd edək ki, iyulun 11-dək davam edəcək sərgiyə ziyarət ödənişsizdir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı