Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

“İntihar xəbərlərinin mediada yayılması insanları bu sahəyə yönəldir” – Sosioloq

1 iyul / 17:37 4 dəq
Images.jpeg
1 iyul / 17:37
Burada sizin reklamınız ola bilər

İntihar mövzusu son zamanlar demək olar ki, aktual mövzulardan biridir. İstər sosial şəbəkələrdə, istərsə də xəbərlərdə gün boyu bu tip xəbərlərlə qarşılaşırıq. “20 yaşlı oğlan özünü asdı”, “Qarabağ qazisi intihar etdi” başlıqlı xəbərlər demək olar ki, günlük həyatımızın bir parçasına çevrilib. Nə qədər acı olsa da, bu mövzuda xəbərlər çoxalmaqdadır.
Bəs nədir insanlarda intihara meyl etdirən səbəb? İnsanlar çıxış yolu olaraq nəyə görə intiharı seçir?

Məsələ ilə bağlı sosioloq Rəşad Əsgərovla əlaqə saxladıq.

-cff34ad3163041974132834221910866923

O, “Qərb Xəbər”ə bildirdi ki, hazırda intihara meyl edənlərin əksəriyyəti gənclərdir: “Bunun səbəbi onunla bağlıdır ki, uşaqlıq dövründən gənclik dövrünə keçdikdə müəyyən qədər problemlərlə rastlaşırlar xüsusən də bu şagirdlər və tələbələr arasında özünü göstərir”.

İntihar hadisələri sanki bir yoluxucu xəstəlik kimidir. Azərbaycanda baş verən intihar hadisələri nəyə görə medialarda bu qədər qabardılır?

“Ümumiyyətlə, intihar hadisələri bütün dünyada belədir ki, bunlar haqqında müəyyən qədər senzura qoyulur. Bu xəbərlərin mediada və yaxud kütləvi informasiya vasitələrində yayılması bəzi insanların bu sahəyə yönlənməsinə gətirib çıxara bilər. Ona görə də intihar halları müəyyən senzuradan keçdikdən sonra yayımlayırlar. Əksər hallarda intihar hadisələrinin 10-20 faizi ictimaiyyətə çatdırılır. Qalan məlumatlar isə ümumiyyətlə mediadan gizlədilir və yaxud ötürülmür”

İntihar edənləri yaş kateqoriyalarına böldükdə buraya həm 14-16 yaşlı azyaşlıları, həm yetiyetirmələri yəni abutiyentləri, həm də orta yaşlıları görürük.. Azyaşlıların intihar səbəbləri nədir? Bəs bu uşaqları intihara vadar edən səbəblər nədir?

Bütün dünya üzrə intihara cəhd göstərənlərin və ya intihar edənlərin faiz nisbətinə baxdıqda burada gənclər daha üstünlük təşkil edir. Bu yaş qrupundan intihara cəhd edənlərin də tərkibinə baxdıqda burada müxtəlif problemlər, müxtəlif təzyiqlər və yaxud müxtəlif səbəblər görürük. Bu da həmin ölkələrin sosial-iqtisadi inkişafından, şəraitindən, durumundan aslı olaraq fərqlənir. Bu tendensiya Azərbaycanda da özünü göstərir. Xüsusən də yeniyetməllik dövründə olan gənclər arasında, tələbələr arasında, gənc ailələr arasında intihar faizləri yaşlılara nisbətən kifayət qədər çoxdur. Bunun bir səbəbi onunla bağlıdır ki, uşaqlıq dövründən gənclik dövrünə keçdikdə müəyyən qədər problemlərlə rastlaşırlar xüsusən də bu şagirdlər və tələbələr arasında özünü göstərir. Bu səbəblər psixoloji, sosial və yaxud ailəvi səbəblər ola bilər”.

Rahib İsgəndərli

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı