Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Azərbaycan vətəndaşı Batumidə bina uçqununa görə iş icraçısını günahlandırıb

29 iyun / 11:15 2 dəq
C34fba11 11e6 3d42 b3c6 a5b9bf5ec1ce
29 iyun / 11:15
Burada sizin reklamınız ola bilər

Gürcüstanın Batumi şəhərində ötən ilin oktyabrında bina uçqunu ilə bağlı məhkəmə prosesi davam edir.

“Qərb Xəbər” “Report” a istinadən xəbər verir ki, ötən gün şəhər məhkəməsində iş üzrə növbəti iclas keçirilib.

İttiham olunan Azərbaycan vətəndaşı Zaur Budaqov bildirib ki, məsuliyyəti iş icraçısı daşımalıdır. Onun sözlərinə görə, mənzildə təmir işləri Malxaz Qoçadzeyə həvalə olunub və məhz o, iş üzrə məsuliyyəti üzərinə götürüb. Z.Budaqov qeyd edib ki, fəhlələri də iş icraçısı tutub və təmir işlərini də bilavasitə özü yerinə yetirib.

M.Qoçadze əvvəlki iclasda şahid qismində dindirilib və konstruksiyaların sökülməsinə aidiyyətinin olmadığını deyib.

Məhkəmə digər ittiham olunan şəxs – fəhlə Hüseyn Surmanidzeni də dindirməli olsa da, o, sağlamlıq durumuna görə prosesdə iştirak edə bilməyib.

Növbəti məhkəmə iclası iyunun 30-na təyin olunub.

Xatırladaq ki, Batumidə yaşayış binasının bir bloku ötən il oktyabrın 8-də çöküb. Nəticədə 3-ü uşaq olmaqla 9 nəfər ölüb. Ekspertiziya əsasən, çökməyə səbəb birinci mərtəbədə Z.Budaqova məxsus olan mənzildə dayaq divarının sökülməsi olub. Azərbaycan vətəndaşı və təmir işləri aparan digər iki şəxs 2 – ölüm və ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasında texniki və təhlükəsizlik qaydalarının pozulması, həmçinin insan ölümü və digər ağır nəticələrə səbəb olan əşyanın yandırılması, partlayış və yaxud digər ümumi təhlükəli üsullardan istifadə etməklə zədələnməsi və ya məhvi maddələri üzrə ittiham olunurlar.

Bu cinayət əməllərinin törədilməsinə görə 2 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı