Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Qəzada ölən polkovnik-leytenantın ailəsi sürücünü bağışladı

10 iyun / 16:14 2 dəq
1654859064 1654778798 286327352 585782212839636 8182617189880508177 n
10 iyun / 16:14
Burada sizin reklamınız ola bilər

2016-cı ilin Aprel döyüşlərinin və 2020-ci ildəki 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş polkovnik-leytenant Şöhrət Namazov srağagün faciəli şəkildə həyatını itirib.

Bir müddət əvvəl ehtiyata buraxılan zabit Gəncə şəhərində yolu keçmək istəyərkən, onu avtomobil vurub. Müharibə veteranı hadisə nəticəsində dünyasını dəyişib.

“Qərb Xəbər”in məlumatına görə mərhumun qohumları Modern.az-a bildiriblər ki, hadisə Ş.Namazovun evinin yaxınlığında baş verib. Axşam saat 22:00 radələrində yolu keçməyə çalışan zabiti maşın vurub. O, ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən yolda keçinib.

“Şöhrətin bir oğlu, bir qızı var. Böyük uşağı 12, kiçiyi isə 10 yaşındadır. Yeni təqaüdə buraxılmışdı. Qardaşı mülki həkim idi, amma o da Şöhrət kimi döyüşə yollandı və qazi oldu”.

Qohumlarının dediyinə görə, ölümə səbəb olan sürücü saxlanılsa da, mərhum zabitin ailəsi həmin şəxsdən şikayətçi olmadığını bildirib:

“Ailəsi şikayətçi olmadı, amma onu maşınla vuran sürücü saxlanıldı. Şöhrət Namazov “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdu. Ailəsinə deyibmiş ki, daha 2 medal da alacaq, amma qismət olmadı”.

Qeyd edək ki, məlum hadisə Gəncə şəhərinin Nizami prospektində baş verib. Gəncə sakini R.İsmayılov idarə etdiyi KİA markalı avtomobillə yolu keçən piyada Şöhrət Namazovu vurub. O, xəstəxanaya aparılarkən ölüb.

Faktla əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı