Bölgə xəbərləri

AQTA Şəmkirdə dönərdən zəhərlənmə ehtimalı ilə bağlı məsələni araşdırmağa başlayıb

9 iyun / 10:16 1 dəq
D37ccab5 19b9 36f4 9735 378f86d67234
9 iyun / 10:16
Burada sizin reklamınız ola bilər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Şəmkirdə qida zəhərlənməsi şübhəsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

AQTA-dan “Qərb Xəbər” ə bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, Şəmkirdə 4 nəfərin vəziyyəti pisləşib, onların dönərdən zəhərlənməsi ehtimal olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər