Bölgə xəbərləri

Tbilisiyə uçan təyyarə geri qayıdıb

8 iyun / 13:57 1 dəq
9d1d1f77 d9ed 48c0 9977 b142286b7b73
8 iyun / 13:57
Burada sizin reklamınız ola bilər

“Buta Airways” aviaşirkətinin Bakı-Tbilisi marşrutu üzrə J2-9225 saylı reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ərazisində hava şəraitinin kəskin pisləşməsi (tufan) səbəbindən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

“Qərb Xəbər” bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinə istinadən xəbər verir.

Təyyarə saat 23:19-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla yerə enib.

Şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra bu reysin sərnişinləri Tbilisiyə yola düşəcəklər.

Paylaş
Burada sizin reklamınız ola bilər