Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Aqroturizmlə məşğul olanların bazara çıxışı asanlaşdırılıb

6 iyun / 13:41 3 dəq
75d55ea9 1be7 3084 94a4 737caad2a016
6 iyun / 13:41
Burada sizin reklamınız ola bilər

Kənd Təsərrüfatı Nazirliyinə aid “Aqrar Tədarük və Təchizat” ASC-nin dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində elektron aqroturizm platforması yaradılıb, fermerlər platforma vasitəsilə məhsullarını sata biləcəklər.

“Qərb Xəbər” bildirir ki, bunu “Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndəsi Zaur Bayramov deyib.

Z.Bayramov bildirib ki, sözügedən platforma gələcəkdə elektron ticarət platforması kimi istifadəyə veriləcək: “Həmçinin, mobil tətbiq də istifadəyə veriləcək. Məsafədən məhdudiyyəti olmadan fermerlər elektron aqroturizm platforması vasitəsilə məhsullarını sata biləcəklər”.

Onun sözlərinə görə, Azərbaycanda aqroturizmin potensialı genişdir: “Aqroturizm sahəsində fəaliyyəti göstərmək istəyən fermerlər çoxdur. “Şəhərdən kəndə” layihəsi çərçivəsində fermerlərə bir sıra istiqamətlərdə dəstək göstərilməsi planlaşdırılır. Artıq aqroturizm fəaliyyəti ilə məşğul olan fermer təsərrüfatlarının xidmət çeşidliyini artırmaq istiqamətində layihə həyata keçirilir. Digər istiqamət budur ki, aqroturizm fəaliyyəti ilə məşğul olmaq istəyən fermerlərə dəstək göstəririk. Aqroturizm fermerlər üçün yerində satış imkanı yaradır. Yerində məhsulları təqdim etməklə daha çox gəlir əldə etmiş olurlar”.

Z.Bayramov deyib ki, “Şəhərdən kəndə” layihəsi 2020-ci ilin yanvarından fəaliyyətə başlayıb: “Ümumilikdə layihədə 220-ə yaxın müraciət edən fermer var. Bu müraciətçilərdən 130-dan çoxunun təsərrüfatına baxış keçirilib. 100- ə yaxın fermer təlimlərə cəlb edilib. Onların bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyətlərə cəlb edilib. Beş təsərrüfatda yaxşılaşdırma işləri aparılıb. Dörd təsərrüfatda yaxşılaşdırma işləri davam edir. Layihədə əsas turizm marşrutlarının üzərində yerləşən təsərrüfatlar bizim üçün prioritetdir”.

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkədə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı