Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

I sinif şagirdlərinin çantası yüngülləşdiriləcək

30 may / 18:05 2 dəq
Derslikler yeni (1)
30 may / 18:05
Burada sizin reklamınız ola bilər

“2020-ci ildə I sinif şagirdləri üçün Azərbaycan dili və Riyaziyyat fənnindən yeni ehtiyat dərsliklərin istifadəyə verilməsi nəzərdə tutulur”.

Bunu Təhsil İnstitutunun “Ehtiyat dərsliklər” layihəsinin rəhbəri Zaur İsayev Təhsil Nazirliyinin media üçün təlimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda layihə sınaq prosesindədir: “Bu ilin sentyabr ayından etibarən ölkənin 97 məktəbinin 123 sinfində 3 244 şagird üçün sınaq prosesi keçirilir. Nəticələr bu ilin yay ayında müzakirə edilərək müxtəlif təkmilləşmə işləri aparılacaq və dərsliklərin gələn il istifadəyə verilməsi planlaşdırılır”.

Z.İsayev qeyd edib ki, həmin dərsliklər iki hissəli olacaq: “Yəni birinci hissə I yarımil, ikinci hissə isə II yarımildə tədris olunacaq. Bu da I sinif şagirdlərinin çantasını yüngülləşdirəcək. Həmin dərsliklər Təhsil Nazirliyinin nəzarəti altında hazırlanacaq. Dərsliklər həm Azərbaycan, həm də rus dilində olacaq”.

O həmçinin əlavə edib ki, pilot layihə uğurlu olacağı təqdirdə mərhələli şəkildə ibtidai siniflərin hamısı üçün tədricən tətbiq olunacaq”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı