Gəncədə 25 yaşlı oğlanı avtomobil vurub
Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.
“Qərb Xəbər”in məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan minik maşını yolu keçək istəyən 1997-ci il təvəllüdlü Roman Abdullayevi vurub. Piyada xəstəxanaya aparılarkən yolda dünayasını dəyişib. Faktla bağlı araşdırma aparılır.





