İqtisadiyyat

Qaxda yem emalı zavodu açılıb

30 may / 16:42 1 dəq
98179ae6 e0ae 4a4e bfbd 57ad15630d97
30 may / 16:42
Burada sizin reklamınız ola bilər

Azərbaycanın regionlarında kənd təsərrüfatının və heyvandarlığın inkişafına, eləcə də mikro və kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə dəstək məqsədilə hökumətin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə həyata keçirdiyi “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində növbəti yem emalı müəssisəsi Qax rayonunda istifadəyə verilib.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, müəssisədə istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər