Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Tovuzda sahibsiz itlər mal-qaraya hücum edib

26 may / 11:21 2 dəq
628f2372d84c9628f2372d84ca1653547890628f2372d84c7628f2372d84c8
26 may / 11:21
Burada sizin reklamınız ola bilər

Tovuzda sahibsiz itlər kənd sakinlərinin mal-qarasına hücum edib.

“Qərb Xəbər”in “APA”ya istinadən məlumatına görə, hadisə gecə saatlarında rayonun Xatınlı kəndində qeydə alınıb. Kənd sakini Zəhra Sadıqovaya məxsus təsərrüfata küçə itləri hücum edib. Nəticədə sahibkara məxsus 4 qoyun tələf olub, 10-a yaxını isə yaralanıb. Təsərrüfat sahibi bildirib ki, vaxtında həyətə çıxmasa, daha çox heyvan itlərin hücumuna məruz qala bilərdi.

Ətraf bir neçə kənddə itlərə görə hər kəs dəyənəklə gəzmək məcburiyyətində qalıb. Sakinlər bildiriblər ki, vəziyyət o yerə çatıb ki, artıq özlərini həyətlərində də narahat hiss edirlər.

Xatırladaq ki, bir neçə gün əvvəl bu kənddə sahibsiz itlər bir neçə şəxsə hücum edərək ağır xəsarətlər yertirib. Onlardan ikisinin vəziyyəti ağır olaraq qalır.

Hadisədən sonra kəndin baytar həkimləri tələf olan və yaralı heyvanlara baxış keçirib. Yaralılara quduzluq əleyhinə vaksinlər vurulub. Tələf olan heyvanlar isə dezinfeksiya olunaraq basdırılacaq.

Qeyd edək ki, hazırda Tovuzda 2000-ə yaxın itə quduzluq əleyhinə peyvəndlər vurulub.

Sahibsiz itlərə gəlincə, Tovuz rayon Baytarlıq idarəsindən bildirilib ki, bu itlərlə də bağlı imkan çərçivəsində peyvəndlənmə aparılacaq. Hazırda sahibsiz itlərə qarşı əlavə mübarizə üsulu olmadığı deyilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı