Ağstafa

Ağstafada şəraitsiz vəziyyətdə olan məktəb binası niyə təmir olunmur?

25 may / 15:37 1 dəq
FotoJet 2022 05 25T142216.149
25 may / 15:37
Burada sizin reklamınız ola bilər

Ağstafanın Poylu kəndində yerləşən S.Məmmədov adına tam orta məktəb bərbad vəziyyətdədir.

Məlumata görə, təmirsiz və şəraitsiz məktəb binasının pəncərələri divarları və döşəmələri yararsız vəziyyətdədir. Sözügedən məktəb 45 il əvvəl inşa olunub.

Bir vaxtlar 624 yerlik olan məktəbdə 436 şagird təhsil alır. Elektrik xətlərinin təhlükə saçdığı, yağışlı günlərdə suyun sinif otaqlarına axdığı məktəb kənddə mavi yanacaq olsa da, odunla qızdırılır. Məktəb direktoru Xatirə Həsənova bildirib ki, binanın əsaslı təmirə ehtiyacı var.

Qeyd edək ki, məktəb binası 39 sinif otağı, laboratoriya və digər otaqlardan ibarətdir.

Paylaş
Burada sizin reklamınız ola bilər