Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Şəmkir rayonunda vahid əlaqələndirmə mərkəzi açılıb

11 may / 12:22 3 dəq
Image 380x226 627b4dbf6f456
11 may / 12:22
Burada sizin reklamınız ola bilər

Şəhid ailələri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərin  müraciətlərinin qəbulu məqsədilə daha 3 rayonda  –  Şəmkir, Qusar və Salyan rayonlarında regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayıb.

“Qərb Xəbər”in xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Mərkəzlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Şəmkir, Qusar və Salyan rayonlarındakı ərazi filaillarının binasında fəaliyyət göstərir. Bu mərkəzlər ətraf bölgələr də daxil olmaqla ümumilikdə 15 rayon və şəhər üzrə şəhid ailələri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə  xidmət edir:

  • Şəmkir rayonundakı vahid əlaqələndirmə mərkəzində (Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 40) Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonları üzrə,
  • Qusar rayonundakı vahid əlaqələndirmə mərkəzində (Qusar şəhəri, Məhəmməd Füzuli küçəsi, 21) Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonları üzrə,
  • Salyan rayonundakı vahid əlaqələndirmə mərkəzində (Salyan şəhəri, Səməd Vurğun küçəsi, 80q)  Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Salyan, Neftçala rayonları üzrə

vətəndaşların müraciətləri qəbul olunur.

2021-ci ilin avqust ayından artıq 50-yə yaxın şəhər və rayon üzrə vahid əlaqələndirmə mərkəzləri açılıb.

Bu mərkəzlərdə mərkəzi icra hakimiyyəti orqanları – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və müvafiq yerli icra hakimiyyətləri orqanları daxil olmaqla 50-dən çox qurum üzrə 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında birbaşa (yerində), 142 Çağrı mərkəzi vasitəsilə və səyyar formada həyata keçirilir.

Ötən dövrdə vahid əlaqələndirmə mərkəzlərində 31 mindən çox müraciət üzrə xidmətlər göstərilib, habelə 142 Çağrı Mərkəzinə qeyd olunan mərkəzlərin fəaliyyət sahələri üzrə daxil olan 87,5 min müraciət cavablandırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı