Bölgə xəbərləri

Ağdamda oğurluqda şübhəli bilinən Şəmkir sakini saxlanılıb

3 may / 12:55 1 dəq
8efe1cbc 048d 3b46 a5d4 bf9787bf62da
3 may / 12:55
Burada sizin reklamınız ola bilər

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Mehdiyev saxlanılıb.

“Qərb Xəbər” bu barədə “Report”-a istinadən məlumat verir.

İlkin araşdırmalar zamanı N.Mehdiyevin 10 min manat miqdarında qızıl-zinət əşyalarını oğurladığı və dəyərindən ucuz qiymətə satdığı müəyyən edilib.

Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş
Burada sizin reklamınız ola bilər