Hadisə

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb

25 aprel / 14:59 1 dəq
B44e0235 8aea 38be ae3e e98c14c6df54
25 aprel / 14:59
Burada sizin reklamınız ola bilər

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisində 20-DD-212 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobilə konstruksiya dəyişikliyi edərək yol hərəkəti qaydalarını pozmaqda şübhəli bilinən sürücü saxlanılıb.

Qərb Xəbər” bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumat  verir.

Bildirilib ki, avtomobilə baxış zamanı qanunla istifadəsi qadağan olan çoxavazlı səs siqnalı və yan şüşələrin qanuna zidd olaraq xüsusi vasitələrlə tündləşdirilməsi də aşkar edilib.

Sürücü Şəmil Kəsəmənli barəsində tərtib edilən protokollar baxılması üçün məhkəməyə göndərilib.

Paylaş
Burada sizin reklamınız ola bilər