Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Bakıda federasiya prezidenti obyekt sahibini döydü – ANBAAN VİDEO

8 aprel / 15:47 2 dəq
DAVA
8 aprel / 15:47
Burada sizin reklamınız ola bilər

Azərbaycan Milli Güləş Federasiyasının prezidenti Cəlal Qurbanov obyekt sahibini döyüb.

 

“Qərb Xəbər” məlumat verir ki,  “Report”un əldə etdiyi xəbərə görə, hadisə aprelin 6-sı, saat 14:40 radələrində paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən “Pinachi” kimyəvi təmizləmə mərkəzində qeydə alınıb.

Belə ki, C.Qurbanov və onun bir neçə tanışı obyektin sahibi Fəhmin Əlizadənin üzərinə hücum edərək onu döyüblər.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzinə müraciət edilib.

DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib. Bildirilib ki, həmin tarixdə Yasamal rayon sakini C.Qurbanov xuliqanlıq zəminində Xətai rayon sakini F.Əlizadəni döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib:

“Xəstəxanada Fəhmin Əlizadəyə tibbi yardım göstərilib və daha sonra o, evə buraxılıb”.

Zərərçəkmişin vəkili Hikmət Əliyev deyib ki, hazırda Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, C.Qurbanov Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, “Fire Land” prodakşnın rəhbəri, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti və Azərbaycan Milli Güləş Federasiyasının prezidentidir. Onun bir çox şerlərinə mahnılar bəstələnib.

 

https://www.youtube.com/watch?time_continue=3&v=kKkwSs8rjaU&feature=emb_logo

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı