Dünya

Müharibə yenidən alovlandı: Rusiya döyüş təyyarələri Ukraynanın 29 obyektini bombaladı

7 aprel / 11:49 1 dəq
Russıan plane
7 aprel / 11:49
Burada sizin reklamınız ola bilər

Rusiya Silahlı Qüvvələrinin döyüş aviasiyası ötən gecə Ukraynanın 29 hərbi obyektini məhv edib.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 29 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, Kuraxovo vilayətində hədəflərin işıqlandırılması və S-300 zenit-raket kompleksinin yönləndirilməsi üçün radar, yeddi artilleriya batareyası, raket və artilleriya silahları və sursatları anbarı, həmçinin 10 dayaq məntəqəsi və Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasının cəmləşdiyi ərazilər var”, – Rusiya MN sözçüsü vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər