Siyasət

Müdafiə Nazirliyi döyüş sursatlarının utilizasiyasını keçirəcək

4 aprel / 10:58 1 dəq
624a8db69153a624a8db69153c164905311030fa834df9cccbb598de1b5b56fcc472
4 aprel / 10:58
Burada sizin reklamınız ola bilər

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

“Qərb Xəbər”in xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi 04.04.2022-ci il tarixdən 09.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək: “Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”.

Paylaş
Burada sizin reklamınız ola bilər