Şəmkir

Şəmkirin icra başçısına yeni birinci müavin təyin olunub

1 aprel / 12:26 2 dəq
7096ff92 680b 4829 96cf db26503057fa
1 aprel / 12:26
Burada sizin reklamınız ola bilər

Şəmkir rayon icra başçısının birinci müavini vəzifəsinə təyinat olub.

Qərb Xəbər məlumat verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin müvafiq sərəncamına əsasən, bu vəzifəyə Süleyman Zeynallı təyin edilib.

O, bu gün Şəmkir RİH-in kollektivinə təqdim olunub.

Zeynallı Süleyman Gəray oğlu 12 oktyabr 1977-ci ildə Şəmkir rayonunun Seyfəli kəndində anadan olub.

Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya və Dövlətidarəetmə fakültəsini, Bakı Dövlət Universitetinin isə Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər fakültəsini bitirib.

Bakı Dövlət Universitetində beynəlxalq hüquq üzrə magistr, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda isə aspirantura təhsili alıb.

Süleyman Zeynallı bundan öncə Qala Həyat Sığorta Şirkəti ASC-nin Hüquq və Kadrlar Departamentinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, S.Zeynallı bundan əvvəl Qala Həyat Sığorta Şirkəti ASC-nin Hüquq və Kadrlar Departamentinin müdiri vəzifəsində çalışıb.

Paylaş
Burada sizin reklamınız ola bilər