Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Erməni deputatdan Azərbaycanı sevindirəcək açıqlama: “Fərrux yüksəkiliyinin götürülməsi belimizi qıracaq”

31 mart / 12:21 2 dəq
Fərrux yüksəkliyi
31 mart / 12:21
Burada sizin reklamınız ola bilər

“Azərbaycanlılar Fərrux kəndindən dayaq məntəqəsi kimi istifadə etmiş, dolama yollar çəkmişlər ki, onların da məqsədi Daşbaşı yüksəkliyinin müxtəlif hissələrinə çatmaq, dayanacaq əldə etmək və fasiləsiz təchizatı təmin etmək üçün onları möhkəmləndirməkdir”. 

 

“Qərb Xəbər” məlumat verir ki, bunu müxalif “Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan Azərbaycan ordusunun martın 24-də Xocalı inzibati rayonunun Fərrux kəndini və kəndin ətrafındakı strateji əhəmiyyətli Daşbaşı yüksəkliyini nəzarətə götürməsindən narahatlıq keçirərək öz feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, çoxlarının ərazi və strategiya baxımından Fərrux kəndinin və Daşbaşı dağ silsiləsinin nə olduğu barədə zəif təsəvvürü var:

“Azərbaycan son irəliləyişi zamanı Daşbaşı dağı istiqamətində Fərrux kəndinin inzibati ərazisindən dəfələrlə böyük ərazini nəzarətinə götürüb. Bunu ona görə yazıram ki, bilmədən və ya bilərəkdən bəziləri Fərrux kəndini müzakirə obyektinə, yaxud prinsipial məsələyə çevirir, lakin Daşbaşı silsiləsinin ayrı-ayrı hissələri Fərruxla müqayisədə çox mühüm strateji əhəmiyyətə malikdir”.

Abramyan bildirib ki, azərbaycanlılar Fərruxdan aralıq zona kimi istifadə ediblər:

“Azərbaycan öz qoşunlarını ilkin mövqelərinə qaytarmasa, o zaman bizim belimizi qırmaq üçün hazırda Qarabağın bizim nəzarətimizdə olan hissəsində (Rusiya sülhməramlılarının nəzarət etdiyi Azərbaycan əraziləri – red.) görünməmiş vəziyyət yaranacaq”.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı