Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Siyasət

Azərbaycan XİN-dən Ermənistana – Cavab

25 mart / 12:05 2 dəq
Müdafiə Nazirliyi
25 mart / 12:05
Burada sizin reklamınız ola bilər

“Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən 24 mart tarixində, guya bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycana qarşı ittihamları əks etdirən bəyanatı bu ölkənin növbəti dəfə beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönəltmək cəhdidir”.

Qərb Xəbər bildirir  ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

“Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, bölgədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı isteriyaya əsas yoxdur. Ermənistan tərəfi isə məsələni süni şəkildə şişirdərək dezinformasiya ilə məşğuldur.

Bölgədə bir neçə gün ərzində ağır hava şəraiti ilə əlaqədar qaz xətlərində yaranan texniki problemlərə gəldikdə isə, Ermənistanın vəziyyətdən siyasi manipulyasiya aləti kimi istifadə etmək niyyəti göz qarşısındadır.

Xatırlatmaq istərdik ki, uzun illər ərzində 400.000 dən çox əhalisi olan Naxçıvan Muxtar Respublikasını qaz blokadasında saxlayan, 30 ilə yaxın Sərsəng su anbarından istifadə etməklə su terrorunu törədən, yüzlərlə insanın həyatına və sağlamlığına son qoyan minaların xəritələrinin mövcudluğunu uzun müddət inkar edən, hələ 1990-cı illərin əvvəllərində itkin düşən 4000-dək azərbaycanlının taleyi ilə bağlı məlumatı gizlədən Ermənistanın indi Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etməsi bu ölkənin siyasi riyakarlığından başqa bir şey deyildir.

Hazırda bölgədə sülh və sabitliyin təmin ediməsinin yeganə yolu imzalanmış birgə bətanatların müddəalarının tam icrası, o cümlədən erməni qanunsuz birləşmələrinin qalıqlarının bölgədən tam çıxarılması və beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşmasından ibarətdir.

İndi siyasi manipulyasiya yox, real işlə məşğul olmaq zamanıdır”, – məlumatda qeyd edilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı