Dünya

Ərdoğan Makronla Azərbaycanı müzakirə etdi

25 mart / 11:14 1 dəq
Erdogan macron
25 mart / 11:14
Burada sizin reklamınız ola bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

“Qərb Xəbər” yazır ki, APA-nın xəbərinə görə, bu barədə Yelisey sarayı məlumat yayıb.

Bildirilib ki, türkiyəli liderlə görüşü zamanı Makron ölkəsinin Minsk Qrupu çərçivəsində Azərbaycan və Ermənistan arasındakı böhranda daimi siyasi həll yolu tapmaqda qərarlı olduğunu bildirilib.

Makronun Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün göstərilən səylərdən məmnunluğunu ifadə etdiyi vurğulanıb.

Tərəflər Ukraynadakı vəziyyəti də müzakirə edərək, müharibədən yan keçməyin vacib olduğunu qeyd edib.

qerbxeber.сom

Paylaş
Burada sizin reklamınız ola bilər