Sosial

Bu gün Novruz bayramıdır

20 mart / 12:22 1 dəq
E8d279b0 09c6 4c45 8f0e 4f92fcabf331
20 mart / 12:22
Burada sizin reklamınız ola bilər

Azərbaycan xalqı Novruz bayramını qeyd edir.

“Qərb Xəbər”in xəbərinə görə, “Yeni gün” mənasını verən Novruz yazın gəlişinin simvoludur.

Martın 20-si, 21-i və ya 22-də qeyd olunan Novruzda Şimal yarımkürəsində astronomik yaz başlayır, gecə-gündüz bərabərləşir. Bir sıra xalqlar bunu təbiətin oyanışı ilə əlaqələndirir.

İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, azərbaycanlılar da yeni ilin – baharın gəlişini şənliklərlə qarşılayırlar.

Yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 19:33-də daxil olacaq.

Novruz bayramı ilə əlaqədar ölkədə 8 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər