Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

“Azərbaycan hökuməti Korsikanı tanıya bilər” – Rəsmi Bakıdan ermənipərəst Fransaya qarşı ÖNƏMLİ HƏMLƏ

19 mart / 12:53 4 dəq
JAVİD GURBANOV
19 mart / 12:53
Burada sizin reklamınız ola bilər

“Fransada həbsdə olan fəal İvan Kolonnanın martın 2-də hücuma məruz qalmasından sonra Korsika adasında güclənən müstəqillik tələbləri artıq Makron hökumətini təhdid etməyə başlayıb”.

 

”Qərb Xəbər” məlumat verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.
C. Osmanov deyib ki, İvan Kolonna 1998-ci ildə Fransa dövlətini adada təmsil edən qubernator Klod Erinyakın qətlinə görə ömürlük həbs cəzasına məhkum edilib: “Korsikadakı etirazlar Arles şəhərində həbsxanada müstəqillik tərəfdarı İvan Kolonnanın başqa bir məhbusun hücumuna məruz qalması ilə alovlanıb. Küçələrdə barrikadalar quran, zibil qablarını, bir sıra müəssisələri yandıran müstəqillik tərəfdarı olan gənclər Fransanın təhlükəsizlik qüvvələri ilə toqquşub. İki həftə davam edən gərginlikdən sonra Fransa Prezidenti Emmanuel Makron daxili işlər naziri Cerald Darmanini Korsikaya göndərib və nazir bura gəldikdən sonra Korsika adasının muxtariyyətini qəbul edə biləcəkləri mesajını verib. Hazırda Fransanın ərazisi sayılan Korsika adasının əhalisi dillərindən ikinci rəsmi dil kimi istifadə etmək hüququ tələb edirlər. Eyni zamanda yerli özünüidarəetmənin təşkili və idarəetmədə səlahiyyətlərin onlara məxsus olmasını istəyirlər. Ancaq Fransa hakimiyyəti öz hüquqlarını tələb edənlərə güc tətbiq edərək onları susdurmağa çalışır. Korsikalılar Emmanuel Makronu “arzulanmaz şəxs” elan ediblər. Fransa Prezidenti ötən əsrin 70-ci illərindən bəri adi insan hüquqlarını tələb edən, bu məqsəd uğrunda dözülməz məşəqqətlərə məruz qalan korsikalılara heç bir hüquq tanımamaqda israrlı olduğu halda, nəyə görə Azərbaycanın ərazisində yaşayan separatçı ermənilərə dəstək verirdi? Beləliklə, Emmanuel Makronun mövqeyi Fransanın ərazi bütövlüyü olduqda fərqli, Azərbaycanın ərazi bütövlüyü olduqda isə tamamilə fərqli olur. Aydındır ki, məsələ hüquq məsələsi deyil, onun manipulyasiya edilməsi, ikili standart siyasətidir. O da nəzərə alınmalıdır ki, korsikalılar Qarabağda yaşayan ermənilərdən fərqli olaraq, adaya gəlmə deyillər, oranın yerli əhalisidirlər. Adaya gəlmələr isə fransızlardır”.
Deputat vurğulayıb ki, dünyada beynəlxalq hüquq və universal dəyərlərlə bağlı vahid yanaşma olmalıdır: “Qarabağda bu gün də erməni terrorçuları silahdan istifadə edərək təxribatlar törədirlər. Ona görə də hər hansı məsələ ilə bağlı Fransa Prezidenti fikir bildirərkən heç olmasa bundan sonra iki dəfə fikirləşməlidir. Çünki beynəlxalq hüquq da, təsbit edilmiş ərazi bütövlüyü prinsipi də bütün dövlətlər üçün eyni prinsipdir. Yeri gəlmişkən, Vətən müharibəsi dövründə, 2020-ci ilin noyabrında Fransa Senatı hökuməti “DQR”-i tanımağa çağırmışdı. Bizim Milli Məclis də Azərbaycan hökumətini Korsikanı tanımağa çağıra bilər”.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı