Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Millət vəkili baş verən bahalaşmalardan və ərzaq qıtlığından danışdı

19 mart / 12:19 5 dəq
Pruducts
19 mart / 12:19
Burada sizin reklamınız ola bilər

“Ərzaq təminatının gücləndirilməsi, ərzaqla bağlı ehtiyatlarımızın genişləndirilməsi hökumət üçün prioritetdir”.

 

”Qərb Xəbər” məlumat verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

 

Deputat bildirib ki, yeni qərar praktiki olaraq hüquqi şəxslərin bütövlükdə ixracatının qadağan olunması deyil, tənzimlənməsi məqsədi daşıyır:

“İqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım qeydə alınır, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində problemlər yaranır. Buna görə də hökumət əsas ərzaq məhsulları ilə təminata dair zəruri tədbirləri görür və bu tədbirlər ən zəruri qida məhsulları ilə bağlı qıtlığın olmayacağına təminat vermək iqtidarındadır. Qərar məhsulların ixracını qadağan etmir, sadəcə hüquqi şəxslər tərəfindən zəruri qida məhsullarının ixracına nəzarət mexanizmi yaradır. Bu da vəziyyəti vaxtında və asanlıqla tənzimləmək, zəruri qərarlar qəbul etmək mümkün olsun. Yəni ixracat zamanı İqtisadiyyat Nazirliyi tərəfindən ixrac olunacaq məhsulların ehtiyatlarına baxılacaq. Əgər həmin məhsulların ölkə daxilində ehtiyatları çoxdursa həmin məhsulların ixracatında hər hansı bir problem olmayacaq. Ancaq həmin məhsulun ixracatı bütövlükdə ehtiyatların formalaşdırılmasına mənfi təsir göstərsə o halda onun ölkədən çıxarılması arzuolunan hesab edilməyəcək. Bu zaman bütövlükdə hökumət tərəfindən üç aylıq ehtiyatlara baxılacağı gözlənilir və buna təsir göstərə biləcək faktorlar nəzərə alınacaq”.

V.Bayramov, həmçinin, fiziki şəxslər tərəfindən də məhsulların aparılması ilə bağlı hər hansı bir qadağa olmadığını diqqətə çatdırıb:

“Nazirlər Kabinetinin son qərarı daxili bazarı qorumaq, ərzaq və təminatda stabilliyi tam təmin etmək məqsədi daşıyır:

“Bu qərar hər hansı bir ərzaq qıtlığının olması anlamına gəlmir. Bunun üçün heç bir əsas yoxdur. Hər şey hökumətin nəzarətindədir və hökumət qabaqlayıcı addımlar atır. Dünya və region bazarında bir sıra ərzaq məhsullarının qıtlığının müşahidə edilməsi fonunda ölkəmizdə preventiv tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Azərbaycan hökuməti öncədən də ərzaq təhlükəsizliyi məsələsini prioritetləşdirmişdi. Ona görə də ərzaqla təminatda hər hansı bir çətinlik müşahidə edilməmişdi. Ancaq növbəti dövrlərdə region bazarında ərzaq qıtlığı probleminin artacağını nəzərə alaraq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi olduqca vacibdir. Hökumət əsas ərzaq məhsulları ilə təminata dair zəruri tədbirləri görür və bu tədbirlər ən zəruri qida məhsulları ilə bağlı qıtlığın olmayacağına təminat vermək iqtidarındadır. Onu da qeyd edim ki, ölkədə hər hansı zəruri ərzaq məhsulu ilə bağlı qıtlıq yoxdur və gözlənilmir. Qərar bütövlükdə vəziyyətin, xüsusən də ehtiyatların genişləndirilməsinin tənzimlənməsi və bütövlükdə proseslərin növbəti dövrlərdə də nəzarətdə olması, daxili bazarın qorunması, vətəndaşlarımızın ərzaq təminatı və təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Bu baxımdan da qərar ilin sonunadək qüvvədə olacaq. Növbəti dövrlərdə də ərzaq təminatının gücləndirilməsi, ərzaqla bağlı ehtiyatlarımızın genişləndirilməsi hökumət üçün prioritet olacaq. Azərbaycan hökuməti qabaqlayıcı tədbirlərlə dünya bazarında baş verən qiymət artımlarının, ərzaq qıtlığının daxili bazarda təsirlərini minimumlaşdırmağa çalışır “.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı