Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çanaqqala Zəfərinin 107-ci ildönümü ilə əlaqədar sosial şəbəkədə paylaşım edib.
“Qərb Xəbər” məlumat verir ki, XİN başçısı Tviter hesabında yazıb:
“Qardaş Türkiyənin tarixinə qızıl hərflərlə yazılan Çanaqqala Zəfərindən 107 il ötür. Bu əlamətdar gündə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkü, onun silahdaşlarını dərin hörmətlə anır, bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik”.