Xəbər

Ramiz Mehdiyev yenidən təəccübləndirdi: AMEA-ya gəldi və …

17 mart / 12:34 1 dəq
Ramiz mehdi
17 mart / 12:34
Burada sizin reklamınız ola bilər

Bir müddət əvvəl istefa ərizəsi yazan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin AMEA-ya gəlmə səbəbi məlum olub.

 

Qərb Xəbər” məlumat verir ki, AMEA-nın Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva bildirib ki, o, akademiyanın həqiqi üzvüdür:

“Onun oraya gəlməsində qəribə bir hal yoxdur. Məndə olan məlumata görə, Ramiz müəllim ötən gün şəxsi əşyalarını götürmək üçün AMEA-ya gəlib”.

Qeyd edək ki, ötən gün R.Mehdiyevin AMEA-ya gəldiyi və iclas keçirdiyi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, fevralın 19-da AMEA-nın ümumi yığıncağında onun istefa ərizəsi qəbul edilib.
AMEA-nı tərk edən Ramiz Mehdiyev isə jurnalistlərin suallarını cavablandırmayıb və xidməti avtomobilə minərək oradan uzaqlaşıb. / Oxu.az

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər