Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Qazaxlılar bayramı belə qeyd etdilər (VİDEO)

16 mart / 15:36 2 dəq
Blue Scrapbook Travel YouTube Channel Art (1)
16 mart / 15:36
Burada sizin reklamınız ola bilər

Xalqımızın müqəddəs bayramı olan Novruz gəlişi ilə ürəklərə hərarət, könüllərə təravət gətirir. Qışı geridə qoyan baharda təbiətin oyanışı insanları yaşamağa ruhlandırır. Bu gün ölkəmizin bütün bölgələrində bayram əhval-ruhiyyəsi hökm sürür. Qazaxlılar isə Novruzu tam fərqli,özünəməxsus şəkildə qeyd etməsi ilə seçilir. Tədbir səhər saatlarından başlayaraq ictimaiyyət nümayəndələrinin, yerli sənətkarların, aşıqların, idmançıların rayonun girəcəyindən yürüşü ilə start götürüb. Qazaxın hər yerində Novruz atributlarına-ənənəvi Keçəl ilə Kosanın oyunları, alovlandırılan bayram tonqalı, boyanmış yumurtalar, təbiətin oyanışını simvolizə edən səməniyə rast gəlinir ki, bu da əsrlərdən bizə gəlib çatan bayram adət-ənənələrinin günümüzdə yaşadılmasından xəbər verir.

Qazax Rayon Mədəniyyət Evinin qarşısına çatan yürüşçülər şənliyi burada davam etdiriblər. Qazax Dövlət Dram Teatrının əməkdaşları Yusif Qoca və Zəmanə Dərviş tədbiri giriş sözü ilə açıq elan ediblər. Təmtəraqlı tədbirə Böyük Vətən Müharibəsində xüsusi şücaət göstərmiş qazilər və qürur yerimiz olan şəhid yaxınları da qatılıblar. Qazaxlılar həmçinin ilk dəfə olaraq bayram şənliyində sürpriz nikaha şahidlik ediblər. Belə ki, qazi Elməddin Yusibov və onun sevib-seçdiyi xanım Bənövşə Əhmədova ictimaiyyət qarşısında nikahlarını rəsmiləşdiriblər. Hər kəs bu addımı xüsusi coşğu ilə qarşılayıb onlara bir ömür boyu firavan həyat arzu ediblər. Qazaxlıların Novruz Şənliyi musiqili qonaqların iştirakı ilə davam etdirilib.

Aymirə İsmayılqızı, Röyal İslam, QərbXəbər

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı