Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Qulluq stajına görə əlavələr edilmiş pensiyalar ödənib

16 mart / 10:41 2 dəq
6231842cc7b0c6231842cc7b0d16474122683f116b2df9f572c6e902ecc89c3a2d0e
16 mart / 10:41
Burada sizin reklamınız ola bilər

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu qulluq stajına görə əlavələr alan pensiyaçıların (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və b.) mart ayı üzrə pensiya ödənişini də başa çatdırıb.

Nazirliyin yaydığı məlumata görə, Prezident İlham Əliyevin Sərəncamı ilə həmin şəxslərə 2022-ci ildə aylıq pensiya məbləğlərinin (qulluq stajına görə əlavələr də nəzərə alınmaqla) 10 faizi məbləğində bu ilin əvvəlindən aylıq maddi yardım ödənilməsi nəzərdə tutulub.

Qeyd olunan vətəndaşlara (həmçinin vəfat etmiş hərbi və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, məhkəmə hakimlərinin və qulluq stajına görə əlavə almaq hüququ olmuş digər şəxslərin ailə başçısını itirməyə görə pensiya alan ailə üzvlərinə) mart ayının pensiyaları maddi yardımla, həmçinin yanvar və fevral aylarının maddi yardımları ilə birgə ödənilib.

Xatırladaq ki, hazırda qulluq stajına görə əlavələr alan pensiyaçıların sayı 100 min nəfərdir. Dövlət başçısının Sərəncamına əsasən, qeyd edilən maddi yardım gələn il yanvarın 1-dən həmin pensiyaçıların pensiyalarının tərkibinə daxil ediləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı