Sosial

Ukraynadan 10 minə yaxın soydaşımız təxliyyə edilib – Baş nazirdən açıqlama

15 mart / 15:58 1 dəq
Ukraynadan texliyye edilen soydaslarimiz ukraynadakı azərbaycanlılar
15 mart / 15:58
Burada sizin reklamınız ola bilər

“Qonşu ölkələrdə cərəyan edən hadisələr Azərbaycana təsirsiz ötüşmür. Ukraynada yaşayan və işləyən soydaşlarımızın təxliyəsi diqqət mərkəzindədir. Bu gün səhər saat 9-a olan məlumata görə, 9 246 azərbaycanlı Ukraynadan ölkəmizə təxliyə olunub”.

 

“Qərb Xəbər”  məlumat verir ki, bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov deyib.

O bildirib ki, ölkəmizdə əsas ərzaq məhsulları ilə bağlı ehtiyat formalaşdırılıb.

Baş nazir qeyd edib ki, qonşu ölkələrin maliyyə-bank sisteminin üzləşdiyi təzyiqlər Azərbaycana təsir etməyib.

“Bizim maliyyə sistemimiz stabildir. Milli valyutamız dayanıqlıdır, valyuta ehtiyatlarımız kifayət qədərdir”, – deyə Əli Əsədov əlavə edib.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər