Siyasət

Azərbaycan Ordusunda təlim atışları keçirilib – VİDEO

14 mart / 17:57 1 dəq
622f3ca9aa59f622f3ca9aa5a01647262889622f3ca9aa59b622f3ca9aa59d
14 mart / 17:57
Burada sizin reklamınız ola bilər

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarında dəzgahlı iriçaplı pulemyot və avtomatik qumbaraatan heyətləri ilə təlim atış çalışmaları yerinə yetirilib.

Müdafiə Nazirliyindən (MN) verilən xəbərə görə, atışdan qabaq bölmələr ərazidə açılma, atəş mövqelərinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri məşq ediblər.

Atış çalışmalarında əvvəlcədən hazırlanmış mövqedən hədəfə yerindən atəş açmaq üzrə tapşırıqlar heyətlər tərəfindən müvəffəqiyyətlə icra olunub.

Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən təlimlərdə əsas məqsəd heyətlərin praktiki vərdişlərini və atəş açma bacarıqlarını təkmilləşdirməklə bərabər, bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsidir.

Təlim atış çalışmaları yerinə yetirilib – YouTube

Paylaş
Burada sizin reklamınız ola bilər