Siyasət

Ceyhun Bayramov Zəngəzur dəhlizindən danışdı: “İranla birgə dəmir yolu xətti açılacaq”

12 mart / 12:54 1 dəq
Heyhin bayramov foreign minister
12 mart / 12:54
Burada sizin reklamınız ola bilər

“Fərqli formatlarla işləyirik. Altılıq formatına gəldikdə isə, tərəflər kommunikasiya xətlərinin açılması prosesində maraqlıdırlar. Zəngəzur dəhlizindən Azərbaycan və Ermənistan da faydalanacaq. Həmin dəhliz işə salınarsa, 6 ölkə üçün faydalı olacaq”.

 

“Qərb Xəbər” məlumat verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Cənub Qafqazda inklüziv sülhün perspektivi” mövzusunda keçirilən panel müzakirələrində deyib.

“Bəziləri Gürcüstanın bundan kənar qalacağını deyir. Lakin bu, doğru deyil, Gürcüstan da dəhlizdən istifadə edə biləcək. Zəngəzur dəhlizi həyata keçirilsə, Gürcüstanın bağlı olmadığı İranla birgə dəmir yolu xətti açılacaq”, – nazir vurğulayıb.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər