Gədəbəy, Daşkəsən və Tovuz rayonlarına güclü qar yağıb.
ucqar kəndlərə təxminən 70 sm, rayon mərkəzinə isə 50 sm qar düşüb.
Qərb Xəbər bildirir ki, qar yağışı gecə saatlarından başladığı üçün yollar qismən buz bağlayıb, avtomobillərin hərəkətində qismən məhdudiyyətlər yaranıb. Gədəbəy və Daşkəsənin ucqar kəndlərinə təxminən 70 sm, rayon mərkəzinə isə 50 sm qar düşüb.
Görülən tədbirlər nəticəsində yolların qardan təmizlənməsi istiqamətində iş gedir. Analoji vəziyyət Daşkəsən rayonunda da hökm sürür. Rayonun dağ kəndlərinə 70 sm qar düşüb.
Hər üç rayonda qeyri-sabit hava şəraiti davam edir.