Dünya

Azərbaycandan Ukraynaya növbəti dəstək

12 mart / 10:55 1 dəq
Ff1b6936 ace4 3990 af79 661c9c1d9bfb
12 mart / 10:55
Burada sizin reklamınız ola bilər

Martın 12-də Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb.

Qərb Xəbər “Report”a istinadən xəbər verir ki, qida məhsulları, tibbi ləvazimatlar və dərmanlardan ibarət 380 tonluq yardım təyyarə ilə Polşaya, oradan isə Ukraynaya çatdırılacaq.

Bu gün Azərbaycandan növbəti dəfə Ukraynaya qida məhsulları, dərman və tibbi ləvazimatdan ibarət humanitar yardım göndəriləcək.

Xəbərə görə 380 ton olan yardım Ukraynanın paytaxtı Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq.

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər