Dünya

Prezident Putindən təəccüblü açıqlama: Rusiya və Ukraynanın danışıqlarında müəyyən müsbət addımlar müşahidə olunur

11 mart / 16:57 1 dəq
Vladimir putin
11 mart / 16:57
Burada sizin reklamınız ola bilər

“Rusiya və Ukraynanın danışıqlarında müəyyən müsbət addımlar müşahidə olunur”.

 

“Qərb Xəbər” məlumat verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşü zamanı deyib.

“Ukrayna ilə bağlı vəziyyətə gəldikdə, danışıqlar indi demək olar ki, gündəlik əsasda keçirilir. Bizim tərəfimizdən nümayəndələrin mənə məruzə etdiyi kimi, bu istiqamətdə müəyyən müsbət addımlar var”, – deyə V.Putin bildirib.

Rusiyaya qarşı təbiq olunan sanksiyalara toxunan prezident V.Putin əlavə edib ki, bu sanksiyalar yekunda Rusiyanın xeyrinə olacaq.

“Biz daha çox səlahiyyətlər, bacarıqlar əldə edəcəyik. Bu, bizə daha müstəqil olmaq üçün imkan yaradacaq və əvvəllər olduğu kimi, yekunda bizim xeyrimizə olacaq”, – V.Putin deyib.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər