Dünya

Amerika Ukraynaya 13,6 mlrd. dollarlıq yardım paketi ayırdı

11 mart / 11:19 1 dəq
American senate
11 mart / 11:19
Burada sizin reklamınız ola bilər

ABŞ Senatı Ukraynaya 13,6 milyard dollarlıq yardım paketini təsdiqləyib.

 

“Qərb Xəbər” məlumat verir ki, sənəd ABŞ Prezidenti Co Baydenin imzalaması üçün Ağ Evə göndərilib.

Demokratlar Partiyasının Senat çoxluğunun lideri Çak Şumer səsvermədən öncə bildirib ki, yardım paketi Ukraynanı tərk etmək məcburiyyətində qalan təxminən iki milyondan çox qaçqına dəstək verilməsini, ukraynalıların qida, sığınacaq və dərmanla təmin edilməsini, eləcə də Ukraynaya “Javelin” və “Stinger” raketlərinin transferinin maliyyələşdirilməsini nəzərdə tutur.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər